“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli hazırda düşərgəsində olduğu Albaniya millisindən Azərbaycana mesaj göndərib.
Newsport.az-ın xəbərinə görə, millimizin bu gün Malta ilə keçirəcəyi oyuna bir neçə saat qalmış Aqolli özünün Facebook səhifəsindən Azərbaycan yığmasına uğurlar arzulayıb.
Aqolli Azərbaycanca belə bir mesaj yazıb: “Hajde Azerbaycan! (Haydı, Azərbaycan – red.) İnshalla. Qelebe!”
Alban futbolçu eyni zamanda “Qarabağ”ın millidəki futbolçularının şəkilini də paylaşıb.
Xatırladaq ki, sabah Aqollinin şərəfini qoruduğu Albaniya millisi öz meydanında Ermənistanla qarşılaşacaq.