Namiq Ələsgərov: "Prosineçkinin nə istədiyini bilirəm"

Sabah AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək Azərbaycan millisinin bu gün mətbuat konfransı keçirilib.
 
Newsport.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutan yığıncaqda yığmamızın gənc futbolçusu Namiq Ələsgərov jurnalistlərin suallarını cavablandırıb.

"Qarabağ"ın yarımmüdafiəçisi həyəcanlı olduğunu da gizlətməyib: “Mən də sabahkı oyuna hazıram. Müəyyən qədər həyəcanlıyam. Amma çalışacam ki, bunu göstərməyim, baş məşqçinini tapşırıqlarını tam olaraq yerinə yetirim. Məşqçi meydanda bizə sərhəd qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right