"Barselona"nın futbolçusu maşınla velosipedçini vurdu

"Barselona"nın futbolçusu Ansu Fati qəza törədib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı hücumçu avtomobili ilə yolla hərəkət edən velosipedçini vurub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Gənc forvardın maşını ilə vurduğu velosipedçinin ayağı sınıb. İspaniya millisinin üzvü həmin şəxsi ziyarət etmək üçün xəstəxanaya gedib. Fatinin özü heç bir xəsarət almayıb və onun dünya çempionatında iştirak etməsi üçün təhlükə yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right