Amorim Portuqaliyaya qayıtmaqdan niyə imtina etdiyini açıqladı

İtaliyanın "Milan" klubunun baş məşqçisi Ruben Amorim 2026-cı ilin yayında Portuqaliyada işə qayıtmaq imkanının olduğunu, lakin bu təklifdən imtina etmək qərarına gəldiyini bildirib.

Newsport.az xəbər verir ki, bu barədə "TUTTOmercatoWEB" portalı məlumat yayıb.

Bildirilir ki, mətbuatda onun adı Lissabonun "Benfika" klubu ilə hallanırdı. 41 yaşlı mütəxəssis Portuqaliyaya qayıtmaq istəmədiyini və "Milan"dan imtina edə bilmədiyini etiraf edib.

"Nə istədiyimi dəqiq bilirdim. Portuqaliyada işə qayıtmaq imkanı var idi, lakin bunu etməmək qərarına gəldim. Mənə Portuqaliya klubu zəng etsəydi, imtina edərdim. Sonra mənə "Milan"dan zəng gəldi və mən yox deyə bilmədim. Portuqaliyaya qayıtmaq fikrim yox idi – mən "Milan"ı seçdim və bu vacib qərardan məmnunam", – deyə Amorim bildirib.

"Mançester Yunayted"in sabiq məşqçisi "Milan"ı ikinci evi adlandıraraq, ən azı bir neçə il İtaliya klubunun sükanı arxasında qala biləcəyinə inanır.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2026-cı ilin iyununun ortalarında "qırmızı-qaralar"ın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında artıq 4 oyun keçirib (2 qələbə və 2 heç-heçə).

Amorimin yeni komandası A Seriyasının 2026/27 mövsümünün 4 turundan sonra aktivində 8 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right