"Arsenal" və PSJ klubları “Liverpul”un 18 yaşlı vingeri Rio Nqumohanı transfer etməkdə maraqlıdırlar.
Newsport.az xəbər verir ki, bu haqda “Les Transferts” məlumat yayıb.
Paris təmsilçisi növbəti transfer pəncərəsində İngiltərə futbolunun perspektivli oyunçularından hesab olunan futbolçunu almaq üçün addım atacağı gözlənilir.
PSJ ilə yanaşı, “Arsenal” da Nqumohaya təklif göndərməyi planlaşdırır.
“Liverpul” isə gənc vingeri komandada saxlamaq niyyətindədir. Klub rəhbərliyinin yaxın vaxtlarda onunla müqaviləni uzatmağa çalışacağı qeyd olunur. Nqumohanın hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.