"Real"ın baş məşqçisi Joze Mourinyo Madrid klubunda La Liqanın ilk 6 turunda ən yaxşı nəticəni göstərib.
Newsport.az xəbər verir ki, bu barədə “Squawka" məlumat yayıb.
İndiyədək portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Real”ın La Liqanın ilk 6 turundan sonra topladığı xallar aşağıdakı kimidir::
15 xal — 2026/27 mövsümü
14 xal — 2010/11 mövsümü
13 xal — 2011/12 mövsümü
10 xal — 2012/13 mövsümü
Madrid klubu hazırda La Liqanın turnir cədvəlində 2-ci pillədədir. “Real” 6 oyundan sonra 15 xal toplayıb.
“Barselona” isə 5 matçdan 15 xalla liderdir.
“Real” sentyabrın 20-də La Liqanın növbəti turunda Madrid derbisində “Atletiko” ilə qarşılaşacaq.