“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu

“Qəbələ”nin yeni baş məşqçisi məlum olub.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.

44 yaşlı məşqçi son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib.

O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.

Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub. Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right