"Real"ın baş məşqçisi Joze Mourinyo bildirib ki, komandası La Liqanın 2026/27 mövsümünün 6-cı turunun "Elçe"yə qarşı oyununda tempi aşağı salıb və rəqibə həddindən artıq boş sahə verib.
Newsport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bu səbəbdən madridlilər 2:0 hesablı üstünlüyü əldən veriblər və yalnız qarşılaşmanın artırma dəqiqələrində Espinin vurduğu qol sayəsində qələbəni qopara biliblər.
"3 xal – və daha heç nə. Bu, "Hala Madrid" – və daha heç nə demək kimidir. Təbii ki, ilk hissədən sonra hamımız hiss edirdik ki, ikinci yarıda üç, dörd və ya beş qol vuracağıq. Lakin biz intensivliyi azaltdıq, rəqibə həddindən artıq çox sahə verdik. Bellinqem və Braym meydana daxil olduqda, mən meydanın mərkəzində sabitliyi artırmağa çalışırdım, çünki Vinisius və Gülər yorulmuşdular.
Lakin mən sabitlik barədə düşünərkən, onlar ikinci qolu vurdular. Belə dolu stadionlarda ölü kimi görünən komandalar bir anda canlanırlar. Sonra onlar ikinci qolu vurdular", – deyə portuqaliyalı mütəxəssis bildirib.
Mourinyo əlavə edib ki, maksimum riskə gedib, çünki 2:2 hesablı heç-heçə Madrid komandasını qane etmirdi.
"Biz çox güclü reaksiyadan sonra qol vurduq. Belə bir hiss var idi ki, biz bu xalları itirə bilmərik. Sonluq çox güclü alındı. Biz buna nail olduq", – deyə təcrübəli mütəxəssisı qeyd edib.
"Elçe"yə qarşı matçda "Real" bütün turnirlərdə ardıcıl qələbə seriyasını artıq 3 oyuna çatdırıb. La Liqanın 2026/27 yeni mövsümündə Mourinyonun komandası 5 qələbə qazanıb və "Betis"dən bir məğlubiyyət (0:1) alıb.
Madrid klubu aktivində 15 xal olmaqla İspaniya çempionatının turnir cədvəlində 2-ci yeri tutur. Hazırda birinci sırada gedən "Barselona"nın da eyni xalı var. Lakin kataloniyalılar 6-cı tur çərçivəsində "Rasinq"ə qarşı oyununu hələ keçirməyib (16 sentyabr, saat 23:30).