PSJ-nin müdafiəçisi Əşrəf Hakimi zədələnib.
Newsport.az xəbər verir ki, o, Liqa 1-in “Brest”lə oyununda (1:0) sıradan çıxıb.
27 yaşlı mərakeşli futbolçunun sağ bud nahiyəsində zədə aşkarlanıb. Hakimi həmin görüşdə 39-cu dəqiqədə əvəzlənib.
Klubun yaydığı məlumata görə, müdafiəçi yaxın iki gün ərzində həkimlərin nəzarətində olacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, PSJ 5-ci turda bazar günü səfərdə “Marsel”lə qarşılaşacaq.