"Trabzonspor" onunla danışıqlara başladı

“Trabzonspor” Fatih Tekkenin ayrılmasından sonra baş məşqçi axtarışlarını davam etdirir və namizədlərdən biri ilə bağlı konkret addım atıb.

Newsport.az xəbər verir ki, bu haqda "HT Spor" məlumat yayıb. Türkiyə klubu almaniyalı mütəxəssis Tomas Raysla və onun baş məşqçilik etdiyi “Ludoqorets"lə görüş keçirib.

Bildirilir ki, gün ərzində Raysın təyinatı ilə bağlı ciddi irəliləyişin olacağı gözlənilir. Həmçinin “Trabzonspor”un almaniyalı çalışdırıcı üçün təyyarə hazırladığı qeyd olunur.

Rays 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək “Samsunspor”a rəhbərlik edib. Onun dönəmində komanda 72 oyunda 33 qələbə qazanıb, 18 heç-heçə edib və 21 dəfə məğlub olub. Mütəxəssisin bu müddətdə orta xal göstəricisi 1,63 olub.

Hazırda Raysın çalışdırdığı “Ludoqorets” Bolqarıstan çempionatında 9 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. Komanda lider “Levski Sofiya”dan 2 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right