Rodri: "Çempionlar Liqasının favoriti deyilik"

“Barselona”nın yarımmüdafiəçisi Rodri komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya təmsilçisini turnirin favoriti hesab etmədiyini bildirib:

“Düşünmürəm ki, biz Çempionlar Liqasının favoritiyik. Əlbəttə, mənim kimi futbolçular məhz bu məqsədlə transfer olunublar. Amma hesab edirəm ki, Çempionlar Liqası mütləq ən yaxşı komandanın qalib gəldiyi turnir deyil. Bu, fürsətlər, məqamlar turniridir”.

Rodrinin sözlərinə görə, turnirdə nəticə ayrı-ayrı epizodlardan, komandanın həmin andakı formasından və yaranan fürsətlərdən yararlanmaq bacarığından asılıdır. O hesab edir ki, favorit statusu Çempionlar Liqasında qələbəyə zəmanət vermir.

Rodri bu yay “Mançester Siti”dən ayrıldıqdan sonra “Barselona”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right