"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"

“Hər matçda qalib gəlmək istəyirik. Bu matç da istisna təşkil etmirdi. Lakin yekunda 1 xalla kifayətlənməli olduq”. 

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vingeri Taofeek İsmaheel Misli Premyer Liqasının V turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib. 

Nigeriyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalmasına belə münasibət bildirib: “Bu, normal haldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir. Təəssüf ki, ikinci qolu vura bilmədik. Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik”. 

“Məhsuldar ötürmə müəllifi olmağınız sayəsində sizi növbəti matçda start heyətində görə bilərikmi?” sualını İ.Taofik belə cavablandırıb: “Bu barədə bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Mən məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right