Benzema Türkiyə klublarından imtina edəcək? Almaniyaya yollanacaq

Fransa millisinin sabiq forvardı Kərim Benzema böyük ehtimalla Türkiyə klublarına keçməyəcək.

Newsport.az “Bild”ə istinadən xəbər verir ki, “Fənərbaxça”, “Trabzonspor”, “Beşiktaş” klublarından təklif alan 38 yaşlı hücumçu Almaniyada oynamaq niyyətindədir. 

O, “Bayer”dən (Leverkuzen) gələn təklifi dəyərləndirəcək. “Real”, “Əl-Şabab”, “Nyukasl”ın da transfer siyahısında yer alan Benzema Leverkuzen klubuna keçidə üstünlük verib.

Təcrübəli hücumçu “Lion”, “Real”, “Əl-İttihad”, “Əl-Hilal”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right