Simon Banza Yunanıstan klubuna keçdi

Konqo Demokratik Respublikası millisinin hücumçusu Simon Banza karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, 30 yaşlı forvard BƏƏ-nin “Əl-Cəzirə” klubundan PAOK-a keçib.

Banza Yunanıstan klubunda 1 il müddətinə icarə əsasında çıxış edəcək. Müqavilədə futbolçunun transfer hüquqlarının alınması ilə bağlı şərt də yer alıb.

Hücumçu PAOK-da 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Simon Banza daha əvvəl "Braqa" və "Trabzonspor"da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right