Azərbaycan yığmasında oynadı, Türkiyədə klubunu dəyişdi

Azərbaycanın U-17, U-19 və U-21 yığma komandasının sabiq üzvü Barış Ekincier özünə yeni komanda tapıb.

Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci liqada yarışan “Elazığspor”la anlaşıb.

O, aşağı liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Yığmamızın keçmiş futbolçusu “Bohum”, “Austria Klagenfurt”, “Valdhof Manheym”, “Şanlıurfaspor”, “Ümraniyespor” klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right