"Kəpəz"in yarımmüdafiəçisi Moldova yığmasına dəvət aldı

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb. Bununla bağlı "Kəpəz" klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub. 

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb

28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Sumqayıt"la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq. O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivlərinə qarşı mübarizə aparacaqlar.

Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right