"Qarabağ"a transfer olunmağım mənim üçün böyük addım idi" Bense Varkonyi

"Qarabağ"ın futbolçusu Bense Varkonyi Macarıstan millisinə dəvət alması ilə bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını qeyd edib:

“Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.

Mövsümlərarası fasilədə transfer olunan müdafiəçi “Qarabağ”a keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb: “Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.

Bense hədəflərinə çatmaq üçün çalışacağını qeyd edib: “Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.

Qeyd edək ki, UEFA Millətlər Liqasında çıxış edən Macarıstan millisi sentyabrın 25-də Ukrayna, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək Macarıstan yığması sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right