“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ötən mövsümün yekunlarına əsasən “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis 2026-cı ildə bu mükafatın həmyerlisi, Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messiyə təqdim edilməli olduğunu bildirib.
“2026-cı ilin “Qızıl top”u Leo Messiyə çatmalıdır. Heç bir şübhə yoxdur. Bu yaşda dünya çempionatında necə çıxış etdiyini nəzərə alsaq... ”, - deyə Dieqo Simeone bildirib.
Messi Argentina millisi ilə DÇ-2026-nın finalına qədər irəliləyib və həlledici görüşdə İspaniyaya məğlub olub. 39 yaşlı hücumçu turnirdə 8 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.