“Barselona” danışıqlara başladı

“Barselona”nın idman direktoru Deko komandanın 29 yaşlı vingeri Rafinya ilə yeni müqavilə barədə görüş keçirib.

Newsport.az xəbər verir ki, bu haqda “Diario SPORT” məlumat yayıb.

Tərəflər Kasteldefelsdəki restoranlardan birində görüşərək futbolçunun gələcəyini müzakirə ediblər.

Rafinyanın hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Buna baxmayaraq, klub onun çıxışından razıdır və əməkdaşlığı uzunmüddətli davam etdirmək istəyir.

Görüşün müsbət keçdiyi və tərəflərin yeni müqavilə ilə bağlı razılığa gəlməkdə maraqlı olduğu bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right