Türkiyədə Toraldan narazıdırlar

“Bursaspor” cəbhəsində Azərbaycan millisinin futbolçusu Toral Bayramovla bağlı narazılıqlar artır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisinin çıxışı məşqçilər korpusunun ürəyincə deyil. Elə buna görədir ki, Bayramov I Liqa klubunda əsas heyətə düşə bilmir.

O, 7-ci turda “Erokspor”la ev matçında da (2:2) meydana sonrada daxil olub. Komandanın çıxışı ilə bağlı dərc edilən araşdırma yazısında Toralın ümidləri doğrultmadığı bildirilib: “Bayramov görüşün son yarım saatında meydanda oldu. Azərbaycanlı futbolçu bu dəfə öz mövqeyində çıxış etdi. Hər kəs böyük maraqla onu izləyirdi. Ancaq yenə gözləntinin altında qaldı”.

Qeyd edək ki, “Bursaspor” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right