ABŞ-ın "İnter Mayami" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, MLS təmsilçisini Kili Qonsales çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Kili Qonsalesin son iş yeri ölkəsində "Platense" klubu olub.
Xatırladaq ki, Mayami təmsilçisində Lionel Messi, Luis Suares, Karlos Kasemiro kimi ulduz futbolçular çıxış edir.