"Qalatasaray"dan ulduz futbolçusuna tələb: "Özünə yeni klub tap"

Türkiyənin "Qalatasaray" klubunda mühüm islahatlara start verilib. "Sarı-qırmızılılar"ın heyətində növbəti ayrılığın baş tutacağı iddia edilir.

Newsport.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, "Qalatasaray"da Vilfrid Sinqo ilə yollar ayrılır. Bu mövsüm çempionatda cəmi 2 oyunda 41 dəqiqə meydanda qalan və ən yaxşı halda milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra komandaya qoşulması gözlənilən Sinqo, texniki heyətin və rəhbərliyin gözündən düşüb.

Klub rəsmiləri 25 yaşlı müdafiəçinin meneceri ilə əlaqə saxlayaraq yanvar ayı üçün özünə yeni klub tapmasını istəyiblər. İllik 4.8 milyon avro maaş alan Fil Dişi Sahilli futbolçunun qış "transfer pəncərəsi"ndə komandadan necə ayrılacağı maraq doğurur. Rəhbərliyin planı isə dəqiqdir: ilk növbədə onu icarəyə də olsa göndərmək.

İstanbul nəhəngi Sinqo ilə yolları ayırdıqdan sonra heyəti yeni bir sağ cinah müdafiəçisi ilə gücləndirməyi planlaşdırır. Klub bu mövqedə Roland Sallaini ehtiyatda saxlayacaq və sağ cinahı sığortalayacaq sabit performanslı bir oyunçu ilə anlaşmağı hədəfləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right