“Bakıya, "Qarabağ"a gəlmək böyük dəyişiklik idi” Varkonyi

“Qarabağ”ın müdafiəçisi Bense Varkonyi Macarıstan millisinə dəvət almasından danışıb.

Newsport.az xəbər verir ki, baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu sentyabr-oktyabr aylarında keçiriləcək Millətlər Liqası oyunları üçün yığmaya çağırıb.

Bu yay "Zalaegerseq"dən "Qarabağ"a keçən Varkonyi m4sport.hu saytına açıqlamasında həm transferi, həm də milliyə dəvət almasından söz açıb.

O, “Qarabağ”a keçidinin böyük dəyişiklik olduğunu bildirib: “Əlbəttə, xaricə, xüsusilə də Bakıya gəlmək böyük dəyişiklik idi. Amma bunu etdiyimə və belə imkanım olduğuna görə sevinirəm. Komandada ilk andan mənə güvəndilər. Təəssüf ki, avrokubokların əsas mərhələsinə yüksələ bilmədik. Amma yenə də vacib təcrübə qazana bildim”.

Macarıstanlı müdafiəçi bildirib ki, karyerasında heç vaxt aşağı yaş qrupları üzrə milli komandalara çağırılmayıb. Onun sözlərinə görə, bu, əsas milliyə düşmək üçün yeniyetmə yaşlarında yığmada oynamağın mütləq şərt olmadığını göstərir.

“Hesab edirəm ki, hər hansı idmana başlayan hər kəsin məqsədi nə vaxtsa milli komandada debüt etməkdir. Mənim aşağı yaş qrupları üzrə millilərdə oynamaq imkanım olmadı. Amma buradan da görünür ki, 15-16 yaşında milli komandada olub-olmamağın mütləq əhəmiyyəti yoxdur. Hər kəsin öz yolu var. Görünür, mənim yolum da belədir”, - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right