Xames Rodriqez milli ilə vidalaşdı

Kolumbiya yığmasının və “Atletiko Nasional”ın yarımmüdafiəçisi Xames Rodriges milli karyerasını başa vurub.

Newsport.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb. Onun hansı səbəbdən belə bir addım atdığı isə açıqlanmayıb.

35 yaşlı futbolçu millidə rekord sayda - 131 oyun keçirib və 31 qol vurub.

Xames yığmada debütünü 2011-ci ildə Boliviya ilə matçda (2:1) edib. Onun Kolumbiya millisində son oyunu isə DÇ-2026-nın 1/8 finalında İsveçrəyə qarşı olub. Kolumbiya həmin görüşdə penaltilər seriyasında 3:4 hesabı ilə uduzub.

Xamesin milli komandadakı ən parlaq turniri 2014-cü il dünya çempionatı olub. O, 6 qolla mundialın bombardiri olub və “Qızıl buts” qazanıb.

Yarımmüdafiəçi 2024-cü ildə Amerika Kubokunda da finala yüksəlib və turnirin ən yaxşı futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right