Türkiyəli futbolçu Belçika klubunda

Futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Halil Akbunar “Göztəpə”dən ayrılıb.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu Belçikanın “Vesterlo” klubuna transfer olunub.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Belçika təmsilçisi yeni transferi ilə 3+1 illik müqavilə bağlayıb.

Halil “Göztəpə”nin öz yetirməsidir. O, İzmir təmsilçisinin heyətində meydana çıxdığı 310 matçda 49 qol vurub, 52 məhsuldar ötürmə müəllifi olub. Akbunar “Göztəpə”nin Super Liqanı tərk etdiyi sonuncu mövsümdə 32 matça çıxıb, 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right