“Yuventus”un formasını geyinmək üçün səbirsizlənirəm”

“Yuventus”un yeni transferi Pol Poqba Turindədir.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun “tvitter” hesabı məlumat yayıb.

“Yuventus”un formasını geyinmək üçün səbirsizlənirəm” deyən Poqba, bu gün Turin klubunda tibbi müayinədən keçəcək.

Fransalı futbolçu 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib, sonra 105 milyon avroya “Mançester Yunayted”ə keçib. O, 2021/22 mövsümünün sonunda “Mançester Yunayted”dən ayrılıb.

Poqba ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 26 matçda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right