Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Olcay Şahan yenidən futbola qayıdıb.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı vinger Türkiyə II Liqasında mübarizə aparan "Afjet Ajyonspor"a transfer olunub. Təcrübəli futbolçu klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Düsseldorf"un yetirməsi olan Olcay Şahan Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Denizlispor" kimi klublarda oynayıb. 29 dəfə Türkiyə millisinin formasını geyinən futbolçunun son klubu "Yeni Malatyaspor" olub.