"Beşiktaş" hücumçu transfer etdi

Türkiyənin "Beşiktaş" klubu beşinci transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Standard"ın hücumçusu Cekson Mulekanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qara qartallar" bu keçid üçün Belçika klubuna 3,5 milyon avro ödəyib. 23 yaşlı konqolu hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, Super Liqa təmsilçisində illik 1 milyon avro qazanacaq.

Qeyd edək ki, "Beşiktaş" daha əvvəl Romen Sais, Cenk Tosun, Gedson Fernandes və Vaut Veqhorstu transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right