"Yuventus" Nikolo Zaniolo üçün "Roma"ya müraciət edib.
Newsport.az-ın məlumatına görə, "qoca sinyora" Zaniolaya görə 30-35 milyon avroluq təklif göndərib. Amma "Yuventus" italiyalı futbolçunu öncə icarəyə götürmək niyyətindədi.
"Roma" isə futbolçusunu 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir. 23 yaşlı futbolçu özü isə "Yuventus"da oynamaq istəyir.