"Trabzonspor" "Aston Villa"nın vingerini transfer etdi

Türkiyə çempionu "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Qara Dəniz təmsilçisi "Aston Villa"dan Mahmud Trezegeni transfer edib. Bu barədə "bordo-mavilər"in rəsmi saytı məlumat yayıb.

27 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Misir yığmasının üzvü "Trabzonspor"da illik 1,5 milyon avro maaş alacaq. Futbolçu yeni klubunda 88 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Trezege son mövsümün ikinci yarısını icarə əsasında "Başakşehir"də keçirib. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 13 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right