"Sivasspor" və "Adana Dəmirspor" Azərbaycan millisinin müdafiəçisini istəyir

Azərbaycan millisinin müdafiəçisi Mert Çelik yeni mövsümə "Başakşəhir"də başlamayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə "CBC Sport"da yayımlanan "Transfer Mövsümü" verilişində məlumat verilib.

Belə ki, millimizin üzvünün "Başakşehir"in hazırlıqlarında iştirak etməsinə baxmayaraq, mövsümə başqa komandada başlayacağı iddia edilib.

Türkiyədən verilişə telefon bağlantısı ilə qoşulan idman jurnalisti Hakan Gündoğar Çelikin "Sivasspor" və "Adana Dəmirspor" arasında seçim edəcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right