"Fənərbaxça"nın futbolçusu toplanışı tərk etdi

Yeni mövsümün hazırlığını Avstriyanın Qraz bölgəsində davam etdirən "Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təəmsilçisinin yarımmüdafiəçisi Mert Hakan Yandaş zədələnib. Əzələsində ağrılar hiss edən 28 yaşlı futbolçu komandanın toplanışını tərk edib və tibbi müayinə üçün Türkiyəyə gedib.

Tibbi müayinədən sonra təcrübəli futbolçunun müalicəsinə başlanılacaq.

Mert Hakan Yandaş son mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 33 oyunda 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right