"Yuventus" daha 2 futbolçusu ilə vidalaşıb

İtaliya "Yuventus"u daha 2 futbolçusu ilə yollarını ayırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Federiko Bernardeski və hücumçu Alvaro Morato ilə başa çatan müqavilələr uzadılmayıb.

28 yaşlı italiyalı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinirdi. 30 yaşlı ispaniyalı forvard isə son 2 mövsümü icarə əsasında "qoca sinyora"da keçirib. O, müqavilə ilə ölkəsinin "Atletiko" (Madrid) komandasına məxsusdur.

Qeyd edək ki, "Yuventus" daha əvvəl Argentina millisinin hücumçusu Paulo Dibala ilə vidalaşdığını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right