İlkin seçmə mərhələnin qalibi oldular Region kuboku

UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bu gün Şamaxı şəhər stadionunda keçirilmiş final qarşılaşmasında I qrupun qalibi Qazaxıstanın “Kaskelen” komandası ilə II qrupun qalibi Belarusun “Kolos” komandası üz-üzə gəlib.

Rəqibini 5:0 hesabı ilə məğlub edən “Kolos” komandası ilkin seçmə mərhələnin qalibi olub. Belarus təmsilçisi əsas mərhələdə Türkiyə, Portuqaliya və Finlandiya komandalarına rəqib olacaq.

Xatırladaq ki, “Kolos” qrup mərhələsində Azərbaycan çempionu “Cəbrayıl”ı mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah