Lukaku "İnter"lə müqavilə bağlamaq üçün İtaliyaya gəlib

Belçika millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Romelu Lukaku "İnter"ə keçidini tamamlamaq üçün İtaliyaya uçub.

Newsport.az-in məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 29 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi 1 illik icarə müqaviləsinə imza atacaq.

Qeyd edək ki, Romelu Lukaku "Çelsi"yə ötən mövsümün əvvəlində məhz "İnter"dən keçmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah