PSJ ilə razılaşdı

"İnter" in futbolçusu Milan Skrinyar karyerasını PSJ-də davam etdirəcək.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 27 yaşlıə müdafiəçi artıq Paris klubu ilə razılığa da gəlib.  Bildirilir ki, tərəflər bütün detalları həll ediblər. Yalnız klublar arasında razılaşmaq qalır. Fransa təmsilçisi Şkrinyar üçün 60 milyon avro ödəyəcək. İtalyanlar isə 70 milyon avro tələb edir.

Xəbərdə Şkrinyarın PSJ ilə müqaviləsinin detalları barədə də məlumat verilib. O, ildə təxminən 7,5 milyon avro qazanacaq və müqavilə tərəflər arasında 5 il müddətinə razılaşdırılıb. Şkrinyarın "İnter"lə sözləşməsi isə gələn mövsümün sonuna qədərdir.

Qeyd edək ki, slovakiyalı oyunçu 2021/2022 mövsümündə "İnter"in heyətində bütün yarışlarda 47 matçda 4 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah