Abramoviçin “sağ əli” də “Çelsi”dən getdi

“Çelsi”nin idman direktoru Marina Qranovskaya klubu tərk edib.

Newsport.az xəbər verir ki, bu haqda London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, bu yayın sonuna qədər o, transfer məsələlərində kluba kömək edəcək. “Çelsi”nin yeni idman direktoru isə klubun yeni həmsahiblərindən olan Todd Bpuli olacaq.

47 yaşlı Qranovskayanın Rusiya və Kanada vətəndaşlığı var. O, “Çelsi”nin sabiq sahibi Roman Abramoviçin klubdakı ən etibarlı adamlarından biri, “sağ əli” sayılıb. 2010-cu ildən “Çelsi”də fəaliyyətə başlayan, 2013-cü ildə isə Direktorlar Şurasının da üzvü olan Qranovskaya 2018-ci ildə “Forbes”in versiyasına əsasən, dünya idmanda ilin ən nüfuzlu qadını seçilib. 2021-ci ildə isə İtaliyanın “Tuttosport” nəşri onu Avropada ilin futbol meneceri elan edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right