Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə imzaladı

Türkiyə millisinin sabiq hücumçusu Burak Yılmazın yeni klubu müəyyənləşib.


Newsport.az xəbər verir ki, 37 yaşlı forvard karyerasını Niderlandda davam etdirəcək. Təcrübəli qolçu "Fortuna Sittard"la anlaşıb. Bu barədə Eredivizie təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Burak Yılmaz yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, ilk iki ili futbolçu kimi çıxış edəcək. Türkiyəli futbolçu növbəti üç ildə isə məşqçilər korpusunda yer alacaq.

 

Qeyd edək ki, Burak Yılmazın son klubu Fransa "Lill"i olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right