Ronaldo “Yuventus”a qayıdır?

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Yuventus”a qayıda bilər. Newsport.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.
 
37 yaşlı portuqaliyalının agenti Jorje Mendeş tezliklə “Yuventus” rəhbərliyinə zəng edərək, Ronaldonu transfer etməyi təklif edəcək. Mendeş klub rəhbərliyinə Kriştianonun “Yuventus”u tərk etdiyinə görə peşman olduğunu və Çempionlar Liqasında oynamaq üçün geri qayıtmaq arzusunda olduğunu izah edəcək. Futbolçunun maaşını azaltmağa hazır olduğu da qeyd edilir.
 
Ronaldo 2018-2021-ci illərdə “Real”dan keçdiyi “Yuventus”da çıxış edib. Hücumçu Turin klubu ilə ikiqat İtaliya çempionu, ölkə kubokunun və iki dəfə superkubokun sahibi olub.
 
O, 2021-ci ilin yayında “Mançester Yunayted”ə keçib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right