"Barselona"nın yetirməsi "İnter"də

"İnter" "Ayaks"la sözləşməsinin müddəti başa çatan Andre Onananı İtaliyaya gəlməyə razı sala bilib.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi 27 yaşlı kiperin transferini tamamlayıb. Bu barədə "Voetbal İnternational" məlumat yayıb. Kamerun millisinin qapıçısı "nerazzuri" üçün tibbi müayinədən keçib. Keçidin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

 "Barselona"nın yetirməsi olan Andre Onana 2015-ci ildən Amsterdam təmsilçisində çıxış edirdi. Kamerunlu qapıçı 214 matçda çərçivəni qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right