Kurban Berdıyev “Traktor”da

“Traktor”un yeni baş məşqçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, Təbriz təmsilçisi Kurban Berdıyevlə anlaşıb.

İki gün öncə Tehrana gedən rusiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşüb və tərəflər arasında ilkin razılıq əldə olunub. Hazırda müqavilənin detalları müzakirə olunur.

İddiaya görə, yaxşı komanda formalaşdırmaq istəyən 70 yaşlı baş məşqçi istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Kurban Berdıyev “Traktor”un sükanı arxasında Ərtoğrul Sağlamı əvəzləyəcək. Türkiyəli mütəxəssis isə “Neftçi”nin baş məşqçisi olmağa əsas namizəddən biri hesab olunur. Hazırda o, Azərbaycan klubu ilə danışıq aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right