Başa çatan mövsümdə “Trabzonspor”un heyətində çempionluq yaşamış Antoni Nvakaeme komandadan ayrılıb.
Newsport.az-ın məlumatına görə, nigeriyalı futbolçu bu barədə instaqram hesabında paylaşım edib. 33 yaşlı futbolçunun “Fənərbaxça”ya keçəcəyi iddia edilir. Vinger 2018-ci ildə “Hapoel Beer Şeva”dan “Trabzonspor”a keçmişdi.
O, geridə qalan 4 ildə 119 oyuna 40 qol vurub.