"Yuventus" italiyalının müqavilə müddətini uzatdı

"Yuventus" Mattia De Şilyonu başqa komandaya buraxmayacaq.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qoca sinyora" müdafiəçi ilə müqavilə müddətini uzadıb.

Belə ki, yeni sazişə əsasən italiyalı futbolçu 2025-ci ilə qədər Turin klubuna məxsus olacaq.

29 yaşlı futbolçu 2011-2017-ci illərdə “Milan”da oynadıqdan sonra “Yuventus”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right