Niderland millisinin sabiq üzvü Uesli Sneyder açıqlama verib.
Newsport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi karyerası haqda İtaliya mətbuatına danışıb:
"Ronaldo və Messi kimi ola bilərdim. Heç nə vecimə deyildi. Həyatdan zövq almağa çalışırdım. Axşam yeməyində bir neçə stəkan şərab içirdim. Leo və Ronaldo isə fərqlidir. Onlar böyük fədakarlıqlar etdi və ona görə də karyeraları möhtəşəm alındı".
38 yaşlı keçmiş oyunçu Niderland millisində 134 matç keçirib.
Qeyd edək ki, Sneyder karyerası ərzində "Ayaks", "Real", "İnter", "Qalatasaray" kimi klublarda çıxış edib. O, 2019-cu ildə karyerasını bitirib.