Namik "Bursaspor"dan ayrıldı Rəsmi

Millimizin üzvü Namik Ələskərov "Bursaspor"dan rəsmən ayrılıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçinin Bursa təmsilçisindən ayrılması artıq Türkiyə Futbol Federasiyası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, N.Ələskərov ötən ilin yayı "Bursaspor"a transfer olunmuşdu. Komanda 2021/2022 mövsümünü Türkiyə 1-ci liqasında 17-ci pillədə başa vurub və 2-ci liqaya düşmüşdü. Reqlamentə əsasən, Türkiyə 2-ci liqasında legioner futbolçu oynaya bilməz. Bu səbəbdən klub legionerlərlə yolları ayıracağını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right