Son Türkiyə çempionu "Trabzonspor" heyətini yeni oyunçu ilə gücləndirir.
Newsport.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi "Reyncers"in müdafiəçisi Borna Barisiçi transfer etməkdə israrlıdır. Klub Qlazqo təmsilçisinə xorvat oyunçu üçün təklif göndərib. 2024-cü ilə qədər komanda ilə müqaviləsi olan oyunçu özü də Tükiyədə karyerasını davam etdirməkdə istəklidir.
29 yaşlı cinah müdafiəçisi 2017-ci ildən Xorvatiya millisində çıxış edir.
Qeyd edək ki, Barisiç başa çatan mövsümdə "Reyncers"in heyətində bütün turnirlər nəzərə alınmaqla 43 oyunda meydanda olub.