Bir müddətdir, adı "Fənərbaxça" ilə hallanan Artem Dzyuba Superliqa təmsilçisi ilə görüşmək üçün İstanbula gedib.
Newsport.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. 33 yaşlı hücumçu "Zenit"lə sözləşməsi başa çatandan sonra Ruiya klubundan ayrılmışdı. O, daha əvvəl "Fənərbaxça"dan illik 2 milyon avro maaş tələb edib.
Qeyd olunur ki, Rusiyalı oyunçu danışıqların yeni mərhələsi üçün artıq İstanbula gedib. Fənərbaxça" isə danışıqlar zamanı Dzyubanı maaş mövzusunda güzəştə getməyə razı salmağa çalışacaq.
Qeyd edək ki, Dzyuba 2015-ci ildən "Zenit"də oynayırdı. O, 2011-2021-ci illərdə formasını geyindiyi Rusiya millisində 55 matçda 30 qol vurub.