Qaret Sautqeyt: "Onlar paltardəyişmə otağında çətinliklə yeriyə bilirdilər"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Millətlər Liqasının qrup mərhələsinin İtaliya ilə oyun qabağı futbolçularının fədəkarlığından danışıb.

 

Newsport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. 51 yaşlı mütəxəssis oyunçularına bu sözləri deyib:

 

"Məsələ futbolçuların keyfiyyətli və ya təcrübəli olması deyil. Onların meydanda bir-birləri üçün ölməyə hazır olmalarıdır. Həmin döyüşkənliyi Almaniya ilə görüşdə bir daha göstərdilər. Onlar paltardəyişmə otağında çətinliklə yeriyirdilər. Futbolçularımın göstərdikləri fenomenal bir səydir. İtaliya ilə oyundan öncə komandada dəyişikliklər edəcəyik. Demək olar ki, əksər komandalar bu turnirdə fərqli oyunçuları sınayır. Ciddi rəqiblərimiz var, lakin futbolçuların sağlamlığını, dünya çempionatına hazırlaşdıqlarını da unutmaq olmaz. Hazırlıq baxımından bu turnirdə iştirak çox vacibdir".

 

İngiltərə ilə İtaliya arasındakı oyun iyunun 11-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right