"Fənərbaxça" "Bavariya"nın futbolçusunu istəyir

Türkiyənin "Fənərbaxça" klubu "Bavariya"nın futbolçusu Marsel Sabitserlə maraqlanır.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen təmsilçisinin 28 yaşlı yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcəyi bildirilib.

Avstriya yığmasının da üzvü olan futbolçu ilə "Atletiko" və "Arsenal" da maraqlanır. Bundesliqa klubu istədiyi performansı ala bilmədiyi üçün futbolçunu icarəyə vermək istəyir.

Sabitser ötən mövsüm "Bavariya"nın heyətində 31 oyunda iştirak edib və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right