“Liverpul”u tərk etdilər

Divoq Oriqi və Loris Karius “Liverpul”u tərk ediblər. 

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı hücumçu və 28 yaşlı qapıçı ilə başa çatan müqavilənin yenilənməməsi qərarı verilib. Bundan başqa, Şeyi Odjo və Ben Vudbernlə də yollar ayrılıb.

Qeyd edək ki, Oriqi “Liverpul”dakı 8 illik karyerasında 175 oyuna 41 qol vurub. Karius isə 2016-cı ildə “mersisaydlılarla”la müqavilə bağlayıb. O, müxtəlif vaxtlarda icarə qaydasında “Beşiktaş” və “Union Berlin”də də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right